Üçtərəfli görüş keçiriləcək.
Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov oktyabrın 12-də Türkmənistanın Avaza şəhərində görüşəcək.
Türkiyə Prezidenti Administrasiyasından bildirilib ki, üçtərəfli görüşdə bölgədə iş birliyi, qarşılıqlı əməkdaşlıq, təhlükəsizlik, sabitlik və bölgənin rifahına dair məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Üçtərəfli zirvə toplantısının keçirilməsi haqda qərar bu il avqustun 28-də Antalyada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşündə qəbul edilib.\report