Prezidentlərin görüşü dekabrın 19-da baş tuta bilər

Prezidentlərin görüşü dekabrın 19-da baş tuta bilər

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü dekabrın 19-da baş tuta bilər.

Aktual.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Ermənistanın “Jamanak” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, görüşün İsveçrədə keçiriləcəyi gözlənilir.

Xatırladaq ki, Ermənistanın “Qraparak” qəzeti də bir müddət əvvəl prezidentlərin bu il dekabrın 1-də Parisdə görüşəcəkləri barədə məlumat yaysa da, məlumat özünü doğrultmamışdı.

Xəbər 407 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR