Prezidentlər Sankt-Peterburqda niyə görüşdü?

Prezidentlər Sankt-Peterburqda niyə görüşdü?

“Hazırda əsas vəzifə hərbi əməliyyatların bərpasından sığortalanmaqdır. Qarabağ ətrafında zorakılığın bərpasından əvvəl əldə edilmiş nəticələrin itməsinə yol vermək olmaz”.   

Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan və Ermənistan prezidentlərinin bu gün Sankt-Peterburq şəhərində keçiriləcək görüşünün əsas məqsədini açıqlayarkən deyib.

D. Peskov bildirib ki, danışıqlar mürəkkəb olacaq: “Prezident ayrı-ayrı görüşlər keçirəcək. O, əvvəlcə Ermənistan prezidenti Serj Sarkisyan, sonra Azərbaycan prezidenti İlham Əliyevlə söhbət aparacaq. Daha sonra üç tərəfin iştirakı ilə müzakirələr keçiriləcək və prezidentlər birlikdə yemək yeyəcək”.

//Aktual.az

Xəbər 420 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR