Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, xüsusi dövlət qurumlarının rəhbərləri, nümayəndələri Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190” təyyarəsinin Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi etməsi ilə bağlı müşavirə keçirib.
Aktual.az xəbər verir ki, bunu AZAL-ın mətbuatla iş şöbəsinin rəhbəri Fərid Hüseynov deyib.
O bildirib ki, ölən və yaralananların siyahısı açıqlanacaq:
"Tapşırığa əsasən, xüsusi istintaq qrupu yaradılıb və Baş Prokurorun müavini artıq Qazaxıstandadır. Xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar təyyarə vasitəsilə Qazaxıstana göndərilib”.
Xəbər 87 dəfə oxunub.