Aktrisa Bleyk Layvli və sevgilisi, aktyor Rayan Reynoldsun Ağ Evdə ziyafətə qatıldığı haqda xəbər vermişdik.
Aktual.az-ın axşam.az-a istinadən verdiyi xəbərə görə, onlar ABŞ prezidenti Barak Obama və həyat yoldaşı Mişelin Kanadanın baş naziri Castin Trudeunun şərəfinə verdiyi qonaqlıqda olublar.
Aktyorun gecədə olan Obamanın qızları ilə çəkdirdiyi fotosu mediada daha çox yayılıb. 14 yaşlı Saşa ilə R.Reynoldsun söhbət edərkən bacısı Melianın arxadan baxıb gülməsi maraqla qarşılanıb.