Prezidentin köməkçisi: Qiymətli kağızlar vergidən azad olunub

Prezidentin köməkçisi: Qiymətli kağızlar vergidən azad olunub

“Maliyyə bazarlarının inkişafı üçün Azərbaycan hökuməti daha bir addım atıb. Belə ki, qiymətli kağızların 3 il müddətinə vergidən azad olunması ilə bağlı güzəştə yenidən baxan hökumət, hazırda müddətsiz vergidən azadetmə ilə bağlı qərarını açıqlayıb”.

Aktual.az  Fins.Az-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov SOCAR istiqrazlarının təqdimat mərasimində belə bir açıqlama ilə çıxış edib. 

Onun sözlərinə görə, SOCAR-ın öz gəlirlərini Azərbaycan xalqı ilə bölüşməsinə imkan yaradan bu istiqrazlar, həm də ölkədə qiymətli kağızlar bazarının inkişafına yeni təkan verəcək. 

Xəbər 426 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR