Azərbaycan Prezidentinin köməkçisi Xalid Əhədov Türkiyədə səfərdədir. O, Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə görüşüb.
Aktual.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Tərəflər müdafiə sahəsindəki ikitərəfli əməkdaşlığı müzakirə ediblər.
Y.Gülər qeyd edib ki, Türkiyə müdafiə sahəsindəki təcrübəsini bundan sonra da Azərbaycanla bölüşməyə davam edəcək:
"Bütün enerjimizi əlaqələrimizi gücləndirməyə sərf edirik. Bundan sonra azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik. Hər zaman Can Azərbaycanın yanındayıq”.
Xəbər 501 dəfə oxunub.