Prezidentin iqamətgahına "Molotov kokteyli" atılıb

Prezidentin iqamətgahına

Berlin polisi mayın 24-nə keçən gecə Almaniya Federativ Respublikası prezidenti Yoahim Qaukun paytaxtda yerləşən Belvyu qəsri ərazisinə yandırıcı qatışıqlı butulka atan şəxsi saxlayıb. 

"Report" xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb. 

Polis əməkdaşları yanğını söndürərək ciddi zərərin qarşısını ala biliblər. Bundan əlavə, saxlanılan şəxs qəsrin ərazisinə Qaukun siyasətini pisləyən bir topa vərəq də atıb.

Aktual.az

Xəbər 668 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR