Prezidentin bərbəri 17 min manat maaş alır

Prezidentin bərbəri 17 min manat maaş alır

Fransa prezidenti Fransua Ollandın bərbərinin bir aylıq maaşı 9895 avrodur (17,070 AZN).

Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

46 yaşlı bərbər Olivye B. ilə beş illik əmək müqaviləsi 2012-ci ilin mayında imzalanıb. Müqavilənin şərtlərinə əsasən, bərbər hər zaman prezident üçün "əli çatan" olmalı və xarici səfərlərdə onu müşayiət etməlidir.

Məlumatda qeyd olunur ki, bərbərin maaşı Fransa nazirlərinin (9940, 2 avro) əmək haqları ilə müqayisə oluna bilər. Fransa prezidentinin maaşı isə 14 999,78 avroya bərabərdir.

Xəbər 528 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR