Prezidentin arvadı ərini hakimiyyətdən kənarlaşdırdı

Prezidentin arvadı ərini hakimiyyətdən kənarlaşdırdı
  • DÜNYA

Zimbabevinin 91 yaşlı prezidenti Robert Muqabenin həyat yoldaşı Qreys Muqabe ərini devirərək hakimiyyəti ələ keçirib.


Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə müxalif “demokratik dəyişikliklər hərəkatı naminə” partiyasının lideri Morqana Çvinqriai bildirib.

Siyasətçinin sözlərinə görə, Zimbabvedə “hakimiyyət çevrilişi” baş verib ki, nəticədə hakimiyyət 50 yaşlı Muqabenin əlində cəmləşib. Partiya lideri prezidentin xanımın həvəslə ölkəni idarəetməni öz üzərinə götürdüyünü qeyd edib: “Heç kəs milli problemləri həll etmək barədə düşünmür. Hamını sükanın arxasında əyləşən bu yorğun adamı kim əvəz edəcək sualı ilə məşğuldur”.

Nəşr qeyd edir ki, son aylar Qreys Muqabenin ölkənin siyasi həyatında çəkisi daim artır. Belə ki, 2014-cü ilin dekabrında o, hakim ZAMBVC (Zimbabve Afrika Milli Birliyi – Vətənpərvərlik Cəbhəsi) partiyasında rəhbər vəzifə tutub.

Xəbər 408 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR