Prezident İlham Əliyev ötən gün Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında sahibkarlara müraciət edib. Prezident İlham Əliyev neqativ hallarla bağlı birbaşa ona müraciət edilməsini istəyib.
Aktual.az xeberler.az-a iatinadən xəbər verir ki, Prezident vurğulayıb ki, xoşagəlməz hallar baş verən zaman sahibkarlar birbaşa ona e-mail vasitəsilə, məktub yazmaqla müraciət edə bilərlər: “Di gəl ki, kimsə varlanmaq üçün gəlsin sahibkarları boğsun ki, sahibkar qapısına qıfıl vurub çıxıb getsin. Bu, dözülməz haldır. Yəni, bunu edən dövlətə xəyanət edir. Bunu edən, sadəcə olaraq, pul qazanmır, dövlətə xəyanət edir. Mən bunu belə qəbul edirəm və hamı bunu bilsin və nəticə çıxarsın. Ona görə, bax, bu gün mən bütün aidiyyəti qurumlara və eyni zamanda, sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə hallar varsa, o xoşagəlməz işlərlə məşğul olan dərhal öz cəzasını alacaq”.
Xatırladaq ki, elektron formada Prezidentə aşağıdakı üsullarla müraciət etmək olar :
İlk öncə Prezidentin rəsmi İnternet saytına (president.az) daxil olmaqla elektron formada məktub göndərmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı var.
Bunun üçün http://az.president.az/letters/new_form linkinə daxil olmaqla müvafiq formada 1500 işarə həcmində mətn yerləşdirmək olar. Prezidentin rəsmi İnternet səhifəsi vasitəsi ilə elektron formada göndərilmiş müraciətlər Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə daxil olur.
Ölkə başçısına müraciət üçün digər imkanları da diqqətinziə çatdırırıq :
Prezident Administrasiyasının elektron ünvanı - [email protected]
Prezident Administrasiyasının rəsmi twitter hesabı - @AzerbaijanPA
Prezident İlham Əliyevin rəsmi twitter hesabı - @azpresident