Azərbaycan Prezidenti İlham Əliyev Gülçöhrə Məmmədovanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Aktual.az xəbər verir ki, sərəncamda deyilir:
“Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Gülçöhrə Hüseyn qızı Məmmədova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin”.
Qeyd edək ki, professor Gülçöhrə Məmmədova Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektorudur.