Prezidentdən qaçırılan təyyarə ilə bağlı - Açıqlama

Prezidentdən qaçırılan təyyarə ilə bağlı   - Açıqlama

“Təyyarənin qaçırılmasının terrorla əlaqəsi yoxdur”.

AzNews.az Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə Kipr prezidenti Nikos Anastasiadis qaçırılan təyyarə ilə bağlı açıqlama verərkən deyib. “Söhbət terrorla əlaqəli bir şeydən getmir”, -deyə prezident qeyd edib. 
Anastasiadis təyyarəni qaçıran şəxsin məqsədinin tam məlum olmadığını bildirsə də, həmin şəxsin Kiprdə yaşayan keçmiş arvadı ilə görüş istədiyini xatırladıb.

Xatırladaq ki, bu gün Misirin 81 nəfər sərnişini olan A-320 təyyarəsi qaçırılıb. Təyyarəni qaçıran İbrahim Samaha pilotdan təyyarəni Kiprdə endirməyi tələb edib. O, təyyarədən arvadı üçün məktub atıb və onunla danışmaq istəyib.

Aktual.az

Xəbər 414 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR