Prezident İ.Ə.Mehdiyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Aktual.az xəbər verir ki, Sərəncamda deyilir:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə İbrahim Əsgər oğlu Mehdiyev “Şöhrət” ordeni ilə təltif edilsin.
Qeyd edək ki, İbrahim Mehdiyev Yasamal Rayon İcra Hakimiyyətinin başçısıdır. O, bu vəzifəyə 2006-cı ildə təyin edilib.