Azərbaycanda evsizlərin çoxdan gözlədiyi yeniliyə - sosial mənzillərin tikintisinə başlanacaq.
Aktual.az Fins.az-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev bildirib.
Dövlət başçısı bildirib ki, yeni təşəbbüs olan sosial mənzillərin tikintisi layihəsinə paytaxtda və rayon mərkəzlərində başlanacaq.