İlham Əliyev U.Ə.Quliyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. Azərbaycan aşıq sənətinin inkişafında xidmətlərinə görə Ulduz Əsgər qızı Quliyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.