Prezident yeni səfirlə görüşdü

Prezident yeni səfirlə görüşdü

Azərbaycan prezidenti İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sanjay Rananın etimadnaməsini qəbul edib.

Aktual.az xəbər verir ki, səfir fəxri qarovul dəstəsinin qarşısından keçib. S. Rana etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan prezidenti səfirlə söhbət edib.

Ölkələrimizin tarixi əlaqələrə malik olduğunu vurğulayan səfir Hindistanın Azərbaycanla əlaqələrə böyük maraq göstərdiyini bildirib. O qeyd edib ki, Hindistan hökuməti prezident İlham Əliyevin müdrik rəhbərliyini yüksək qiymətləndirir. Səfir Azərbaycan prezidentinin rəhbərliyi ilə ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən iqtisadi və sosial sahələrdə böyük inkişafa nail olunduğunu deyib.

Hindistanlı diplomat birinci Avropa Oyunlarının ölkəmizdə uğurla təşkil olunmasının və keçirilməsinin önəmini də qeyd edib. Ölkələrimiz arasında iqtisadi, ticarət, təhsil və texniki sahələrdə əlaqələrin genişləndiyini deyən S. Rana bu əlaqələrin prezident İlham Əliyevin dəstəyi sayəsində daha yüksək səviyyəyə çatdırılması üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Prezident İlham Əliyev isə Azərbaycanın Hindistanla tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduğunu deyib. Dövlət başçısı ölkələrimiz arasında əməkdaşlığın iqtisadi, enerji, ticarət, təhsil, mədəniyyət və digər sahələrdə böyük potensiala malik olduğunu qeyd edib. Prezident İlham Əliyev biznes sahəsində əlaqələrin genişləndirilməsi, qarşılıqlı sərmayələrin stimullaşdırılması, birgə müəssisələrin yaradılması və ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması üçün də böyük imkanların olduğunu vurğulayıb.

Hindistanın informasiya texnologiyaları sahəsində çox qabaqcıl ölkə olduğunu qeyd edən dövlət başçısı Azərbaycanda da bu istiqamətdə işlərin görüldüyünü deyib və ölkələrimizin bu sahədə əməkdaşlığı üçün yaxşı imkanların olduğunu bildirib. Prezident İlham Əliyev ölkələrimiz arasında iqtisadi və ticari sahələrdə əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün səfirin Azərbaycanın müvafiq qurumları ilə yaxşı əlaqələr yaradacağına və diplomatik fəaliyyətinin səmərəli olacağına əminliyini ifadə edib.

Xəbər 485 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR