Prezident Xaçmaza 1.5 milyon manat ayırdı

Prezident Xaçmaza 1.5 milyon manat ayırdı

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Xaçmaz şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Son illər Xaçmaz şəhərində geniş abadlıq-quruculuq işləri aparılmış, mühüm infrastruktur layihələri yerinə yetirilib, o cümlədən Modul Tipli Elektrik Stansiyası, Olimpiya İdman Kompleksi tikilərək istifadəyə verilib, Rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət evi yenidən qurulub, Tarix-Diyarşünaslıq, “Xalça”, “Şəxsiyyətlər”, “Xalqlar Dostluğu” muzeyləri və Rəsm Qalereyası yaradılıb, əlil və şəhid ailələri üçün 92 mənzilli 4 yaşayış binası inşa edilib, 13 çoxmənzilli bina əsaslı təmir olunub, şəhərin mərkəzi küçələrində müasir işıqlandırma sistemi quraşdırılıb, parklar salınıb.

Sərəncamda qeyd olunur ki, Xaçmazda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan daha 19 çoxmənzilli binanın əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Xaçmaz Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 1,5 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Xəbər 426 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR