Prezident “Tütün və tütün məmulatı haqqında” yeni sərəncam imzaladı

Prezident “Tütün və tütün məmulatı haqqında” yeni sərəncam imzaladı

İlham Əliyev "Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, "Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununu "Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

"Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 568; 2002, № 5, maddə 240; 2003, № 1, maddə 6; 2007, № 5, maddə 397, № 10, maddə 938; 2009, № 12, maddə 945; 2016, № 1, maddə 28) aşağıdakı dəyişikliklər edilsin:

1. 20.1.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 20.1.5-ci maddə əlavə edilsin:

"20.1.5. tütün və tütün məmulatını alanlara hədiyyə qismində başqa əmtəənin təklif edilməsi.”.

2. 20.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"20.2. Tütünün, tütün məmulatının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanların reklamı qadağandır.”.

3. Aşağıdakı məzmunda 20.3-cü maddə əlavə edilsin:

"20.3. Tütün və tütün məmulatının istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər "Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər.”.
 
Aktual.az
Xəbər 649 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR