Prezident: "Terror aktı törədilib"

Prezident:

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bazar ertəsi Almatıda dörd nəfərin ölümü ilə nəticələnin silahı hücumu terror aktı adlandırıb.

Aktual.az bildirir ki, bu barədə Trend Prezidentin mətbuat xidmətinə istinadən məlumat verir.

Dövlət başçısı Təhlükəsizlik Şurasının iclasında bildirib ki, bu gün Almatıda terror aktı törədilib və təəssüflər olsun ki, insan itkisinə səbəb olub: "Həlak olanların və yaralananların yaxınlarına başsağlığı verirəm. Onlara müvafiq psixoloji və maddi dəstək göstərmək lazımdır".

Prezident, həmçinin Almatıda qayda-qanunu təmin etmək üçün bütün lazımi tədbirlərin həyata keçirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına tapşırıq verib.

Bundan əlavə N.Nazarbayev İnformasiya və Kommunikasiya Nazirliyinə əhalini vaxtında və tam informasiya ilə təmin etməyi, vətəndaşların bütün sorğulatına operativ reaksiya verməyi tapşırıb

Xəbər 371 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR