Prezident tapşırdı, nazirlik hərəkətə keçdi

Prezident tapşırdı, nazirlik hərəkətə keçdi

Ölkə prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin dünən keçirilən iclasında viza problemləri ilə bağlı tənqidindən sonra Xarici İşlər Nazirliyi hərəkətə keçib. 
 
Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, ölkə başçısının Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda verdiyi tapşırıqların icrası ilə əlaqədar olaraq, Xarici İşlər Nazirliyi tərəfindən viza rəsmiləşdirilməsi prosesinə cəlb olunmuş digər aidiyyəti nazirlik və dövlət qurumları ilə birlikdə“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin viza alt sisteminin təkmilləşdirilməsi, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və viza sorğularına baxılması müddətinin qısaldılması üçün təkliflər ən yaxın günlərdə təqdim ediləcək: “Azərbaycan Respublikası Prezidentinin Vizaların verilməsi işinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında 20 noyabr 2014-cü il tarixli 882 nömrəli sərəncamı əsasında viza rəsmiləşdirilməsi prosesinə cəlb edilmiş aidiyyəti nazirlik və dövlət qurumlarının iştirakı ilə işçi qrup fəaliyyət göstərir. İşçi qrupunun dörd iclası keçirilib və bununla bağlı müvafiq tədbirlər görülməkdədir. Hal-hazırda diplomatik nümayəndəliklərdə viza sistemi ilə bağlı yeni avadanlıqların quraşdırılması prosesi də həyata keçirilir”.
 
Xəbər 565 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR