Prezident sinqapurlu həmkarına başsağlığı məktubu göndərib

Prezident sinqapurlu həmkarına başsağlığı məktubu göndərib

Azərbaycan prezidenti İlham Əliyev Sinqapur prezidenti Toni Tan Kenq Yama başsağlığı məktubu göndərib.

 

Məktubda deyilir: “Sinqapur Respublikasının birinci baş naziri, görkəmli dövlət xadimi Li Kuan Yunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

 

Bu ağır itki ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, mərhumun ailəsinə və bütün Sinqapur xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

 

Qeyd edək ki, “Sinqapur iqtisadi möcüzəsi”nin banisi, ilk baş nazir Li Kuan Yu 91 yaşında vəfat edib.(APA)


Xəbər 792 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR