"Komanda idman növlərində də idmançılarımız çox yaxşı nəticələr göstərmişlər. Bakıda keçirilmiş voleybol üzrə qadınlar arasında Avropa çempionatında voleybolçu qızlarımız dördüncü yerə layiq görüldülər. Onlar hətta medal qazanmağa da çox yaxın idilər. Yarımfinal görüşündə qələbəyə çox yaxın idilər. Ancaq hesab edirəm ki, Avropada voleybol kimi çox məşhur idman növündə dördüncü olmaq da böyük nailiyyətdir. Əlbəttə ki, bizim futbolçularımız - hamımız üçün doğma olan "Qarabağ” komandası tarixdə ilk dəfə olaraq Çempionlar Liqasının final mərhələsində iştirak etmişdir. Bu, Azərbaycan futbolunun böyük qələbəsidir və komanda ölkəmizi, xalqımızı, Qarabağı bu oyunlarda ləyaqətlə təmsil etmişdir”.
Aktual.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Dekabrın 18-də Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimində çıxışı zamanı deyib.
"Mən xatırlayıram, biz Olimpiya Stadionunu inşa edərkən bəzi fikirlər səslənirdi ki, bu qədər böyük arena, bəlkə də, bizə lazım deyil, Tofiq Bəhramov adına 30 minlik stadionumuz, digər stadionlarımız var və bu arena heç vaxt dolmayacaq. Ancaq bu gün həyat göstərir ki, "Qarabağ” futbol klubunun oyunlarına 60 mindən çox tamaşaçı gəlmişdi. Bu gün Bakı Olimpiya Stadionu dünya miqyasında seçilən Olimpiya stadionlarından biridir. Təsadüfi deyil ki, UEFA Avropa Liqasının final görüşü də bir neçə ildən sonra bu stadionda keçiriləcək. Eyni zamanda futbol üzə Avropa çempionatının bir neçə oyunu da bu stadionda keçiriləcək”, - deyə, dövlət başçısı bildirib.
Aktual.az
Xəbər 457 dəfə oxunub.