Prezident Pranab Mukherciyə başsağlığı verdi

Prezident Pranab Mukherciyə başsağlığı verdi

Prezident İlham Əliyev Paravur şəhərindəki Puttinqal məbədində baş verən yanğınla əlaqədar Hindistan Respublikasının Prezidenti Pranab Mukherciyə başsağlığı verib.

Aktual.az  xəbər verir ki, başsağlığında deyilir:

“Paravur şəhərindəki Puttinqal məbədində baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Hindistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

Xəbər 404 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR