Prezident İlham Əliyevin Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif ilə məhdud tərkibdə görüşü olub.
AzNews.az xəbər verir ki, oktyabrın 14-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif ilə məhdud tərkibdə görüşü olub.
***
Oktyabrın 14-də məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif ilə geniş tərkibdə danışıqları olub.
***
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər.