Prezident Nəqliyyat Nazirliyinə yeni səlahiyyət verdi

Prezident Nəqliyyat Nazirliyinə yeni səlahiyyət verdi

Nəqliyyat Nazirliyinə yeni səlahiyyət verilib.

Aktual.Az-ın APA-ya istinadən məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 noyabr tarixli 2495 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncamında əksini tapıb.

Dəyişikliyə əsasən “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin səhmdarı kimi dövlətin adından müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi səlahiyyəti Nəqliyyat Nazirliyinə həvalə edilib.

Xəbər 640 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR