Prezident İlham Əliyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın "Şöhrət" ordeni ilə təltif olunması haqqında sərəncam imzalayıb.
Aktual.az xəbər verir ki, bu barədə informasiya prezidentin rəsmi saytında yerləşdirilib.
Prezidentin başqa bir sərəncamına əsasən Səhiyyə naziri Oqtay Şirəliyev də "Şöhrət" ordeni ilə təltif edilib.