Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Azərbaycan Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzindən Ümumdünya Gömrük Təşkilatının Regional Kinoloji Mərkəzi kimi istifadə edilməsinə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Aktual.az Report-a istinadən xəbər verir ki, sərəncama əsasən Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzindən Ümumdünya Gömrük Təşkilatının Regional Kinoloji Mərkəzi kimi istifadə edilməsinə dair 2015-ci il sentyabrın 7-də Bakı şəhərində imzalanan Anlaşma Memorandumu təsdiq edilib.
Dövlət Gömrük Komitəsi Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Sərəncama əsasən, Azərbaycan Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ümumdünya Gömrük Təşkilatına bildiriş göndərməlidir.