Prezident İndoneziya parlamentinin üzvlərini qəbul etdi

Prezident İndoneziya parlamentinin üzvlərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da İndoneziya parlamenti Nümayəndələr Palatasının sədr müavini Fahri Hamzahın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Aktual.az xəbər verir ki, Dövlət başçısı Azərbaycan-İndoneziya ikitərəfli əlaqələrinin yüksək səviyyəsindən məmnunluğunu bildirib, ölkələrimiz arasında qarşılıqlı anlaşmanın və dəstəyin olduğunu vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın İndoneziya ilə əlaqələri siyasi, iqtisadi, sərmayə qoyuluşu, mədəniyyət, turizm, təhsil, o cümlədən parlamentlərarası əməkdaşlıq və digər sahələrdə daha da inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. Ölkələrimiz arasında əməkdaşlığın daha güclü formatının yaradılmasının zəruriliyini qeyd edən Dövlət başçısı İndoneziya parlamenti Nümayəndələr Palatası üzvlərinin Azərbaycana səfərinin uğurlu olacağına və əlaqələrimizin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyacağına ümidvar olduğunu deyib.

İndoneziya parlamenti Nümayəndələr Palatasının sədr müavini Fahri Hamzah təmsil etdiyi qurumun Azərbaycan parlamenti ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu deyib. Artıq Bakıda Azərbaycan-İndoneziya parlamentlərarası dostluq qrupunun yaradıldığını vurğulayan qonaq belə bir qurumun Cakartada da yaradılacağını deyib. Fahri Hamzah parlamentlərarası dostluq qruplarının fəaliyyətinin ölkələrimizin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi işinə xidmət edəcəyini bildirib.

Xəbər 394 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR