Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri tarixi hadisə oldu.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
N.Məmmədov qeyd edib: "Son vaxtlar dünyada, o cümlədən regionda gedən prosesləri nəzərə alsaq, təhlil etsək, bu hadisələrin, proseslərin fonunda Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çox mühüm bir hadisə oldu".