AXC TV-nin baş redaktoru, politoloq Niyaməddin Orduxanlının aparıcı olduğu "Həftənin yekunu" proqramının canlı efirinin bu dəfəki qonağı millət vəkilləri Mehriban Vəliyeva və Bəhruz Məhərrəmov olub.
Verlişdə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) Azərbaycanda keçirilməsi, COP29 Sammitində Azərbaycan prezidenti İlham Əliyevin çıxışı və mesajları,bəzi qərb ölkələrinin Azərbaycanı hədəfə almasının səbəbləri, radikal müxalifətin qərbə verdiyi dəstək və digər məsələlər müazikirə olunub.