Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Əlahəzrət,
İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.
Bu bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost İspaniya xalqına daim sülh və rifah arzulayıram".