Prezident: “Hərbi sənaye sahəsində alimlərin fəaliyyəti üçün geniş imkan var”

Prezident: “Hərbi sənaye sahəsində  alimlərin fəaliyyəti üçün geniş imkan var”

“Hərbi sənaye sahəsində Azərbaycan alimlərinin fəaliyyəti üçün geniş meydan var”.


Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş mərasimdə çıxış edən prezident İlham Əliyev bildirib.

Dövlət başçısı deyib ki, bu gün Azərbaycan 1000 növdən çox hərbi təyinatlı məhsul istehsal edir və Azərbaycan ordusunun təminatı əsasən daxili istehsal hesabına həyata keçirilir: “Alimlər qarşısında duran vəzifələr çoxdur. Əsas isə odur ki, Azərbaycan elmini inkişaf etdirsin və ümumi inkişafımıza töhfə versinlər”.

Aktual.az

Xəbər 481 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR