Prezident Giorgi Marqvelaşvili ilə görüşdü

Prezident Giorgi Marqvelaşvili ilə görüşdü

Prezident İlham Əliyev Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb.

Aktual.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Yüksək səviyyəli görüşlər zamanı əldə olunan razılaşmaların və qəbul edilən qərarların icrasının əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə xidmət etdiyi bildirilib. Ölkələrimiz arasında həyata keçirilən qlobal layihələrin regional əməkdaşlığın genişləndirilməsi baxımından da önəmi qeyd edilib. Azərbaycan-Gürcüstan dostluq və yaxın qonşuluq münasibətlərinin qədim tarixə və ənənəyə malik olduğu bildirilib, strateji dostluq əlaqələrimizin bundan sonra da genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğu vurğulanıb.

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili bu səfəri zamanı da Azərbaycanda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını qeyd edib.

Söhbət zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumunun yüksək səviyyədə keçirildiyi bildirilib. Bu tədbirin beynəlxalq və regional məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığı qeyd olundu, ölkələr arasında əməkdaşlıq əlaqələrinin inkişafı baxımından Forumun mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Xəbər 351 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR