Prezident generalları işdən çıxardı - Qanun pozuntusu

Prezident generalları işdən çıxardı -  Qanun pozuntusu

Prezident İlham Əliyevin qərarı ilə iki generalın vəzifədən uzaqlaşdırıldığı bildirilir. 

Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə hərbi ekspet Üzeyir Cəfərov məlumat yayıb.

Ü.Cəfərov qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin qərarına əsasən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi general-mayor Mirzə Almasov yol verdiyi ciddi qanun pozuntularına və nöqsanlara görə tutduğu vəzifədən azad edilib. 

Həmçinin Silahlı Qüvvələrin Baş Hərbi İnspeksiyasının rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Fəxrəddin Cəbrayılovun da tutduğu vəzifədən kənarlaşdırıldığı bildirilr.

Qeyd edək ki, bir neçə gün öncə Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının Hərbi Hava Qüvvələri şöbəsinin baş zabitləri - 1974-cü il təvəllüdlü Seymur Sahib oğlu Ağayev və 1973-cü il təvəllüdlü Ələsgər Mail oğlu Musayev Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma – qabaqcadan əlbir olan bir qrup şəxs və ya dəstə tərəfindən törədildikdə), inspeksiyanın planlaşdırma şöbəsinin baş zabiti, 1976-cı il təvəllüdlü Rövşən Mikayıl oğlu Məmmədli isə Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilib.

Onların hər biri təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 
Xəbər 1554 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR