Prezident fransalı nazirlə Qarabağ münaqişəsini - Müzakirə etdi

Prezident fransalı nazirlə Qarabağ münaqişəsini   - Müzakirə etdi

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Arlem Dezir ilə görüşüb.

Aktual.az  xəbər verir ki, Xarici İşlər Nazirliyinin dövlət katibi Arlem Dezir Fransa Prezidenti Fransua Ollandın salamlarını və Azərbaycanla bağlı xoş xatirələrini Dövlət başçısı İlham Əliyevə çatdırıb.

Fransa Prezidentinə salamlarına görə minnətdarlığını bildirən Prezident İlham Əliyev onun da salamlarını Fransa dövlətinin başçısına çatdırmağı xahiş edib.

Prezident Fransua Ollandın Azərbaycana iki dəfə səfər etdiyini xatırladan Dövlət başçısı deyib ki, bu, özlüyündə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Forumunda iştirak etmək üçün Azərbaycana gəldiyinə görə Arlem Dezirə minnətdarlıq edən Prezident İlham Əliyev səfərin ikitərəfli və regional məsələləri müzakirə etmək baxımından yaxşı fürsət olduğunu bildirib.

Səmimi qəbula görə minnətdarlıq edən Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Forumun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və son proseslər ətrafında geniş fikir mübadiləsi aparııb. 

Xəbər 437 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR