Prezident: “Əsgərlərimiz düşmənə layiqli cavab verdi”

Prezident: “Əsgərlərimiz düşmənə layiqli cavab verdi”

“Aprelin 2-də erməni silahlıları Azərbaycana qarşı növbəti təxribat törədib, hərbi mövqelərimizə hücum çəkib, əhalini, kəndləri atəşə tutublar. Qəhrəman Azərbaycan ordusu, əsgərlərimiz düşmənin təxribatının qarşısını aldı, layiqli cavabını verdi”.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, bunu bu gün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında cəbhə bölgəsində ermənilərin hücumunu dəf edərkən yaralanmış və şəhid olmuş hərbçilərin ailə üzvləri ilə görüşündə Azərbaycanın Ali Baş Komandanı, prezident İlham Əliyev söyləyib. 

Dövlət başçısı deyib ki, Azərbaycan ordusu təmas xəttində öz üstünlüyünü daha da möhkəmləndirib: “Erməni işğalçılarının bu təxribatlara əl atması birinci dəfə deyil. Mən dəfələrlə demişəm ki, onlar işğal olunmuş torpaqları daim öz nəzarətlərində saxlamaq istəyirlər, sülh istəmirlər, danışıqlar prosesində özlərini qeyri-səmimi aparırlar. Bütün beynəlxalq, əxlaqi normaları pozublar, mülki əhaliyə atəş açırlar. Bu hadisələrdən bir neçə gün əvvəl Ermənistan-Azərbaycan sərhədində, Qazax istiqamətində təxribat törədiblər və hərbçilərimiz həlak olub. Bu hadisələr zamanı daima bizim kəndlərimizi atəşə tuturlar, mülki əhalidən həlak olanlar var. 300-ə yaxın evə ziyan vurulub. Onların hərəkətləri budur. Azərbaycan ordusu, əsgərləri heç vaxt mülki əhaliyə qarşı vuruşmayıb, vuruşmur və vuruşmayacaq".

Xəbər 591 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR