Prezident Əliyevin təklifi: Nikol da razılaşsa…

Prezident Əliyevin təklifi: Nikol da razılaşsa…

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın vasitəçiliyinə müsbət yanaşır və bu haqda fikirlərini bir neçə dəfə bildirib.
Aktual.az  xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Prezident İlham Əliyevin Tiflisi səfəri zamanı Azərbaycan-Ermənistan arasında Gürcüstanın vasitəçiliyini məqbul sayması haqda fikirlərinə münasibətində deyib.
"Ermənistanın Baş naziri Nikol Paşinyan da Azərbaycan dövlət başçısı kimi tez-tez Gürcüstana səfər edir və qonşu dövlətlə strateji tərəfdaşlıqdan danışır, ancaq Tiflisin vasitəçiliyi ilə bağlı fikir bildirməkdən yayınır. Halbuki, hardan baxsaq, Gürcüstanın vasitəçiliyi həm Azərbaycana, həm də Ermənistana faydalıdır. Gələcək sülh sazişinin imzalanması üçün də Tiflis ən münasib məkandır. Buna Brüssel, Vaşinqton, Ankara, hətta Moskva da etiraz etməz”, - politoloq vurğulayıb.
Xəbər 562 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR