Prezident Eldar Nuriyevi təltif etdi

Prezident Eldar Nuriyevi təltif etdi

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Eldar Nuriyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Eldar Qasım oğlu Nuriyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, E.Nuriyev Azərbaycan Prezidenti Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiridir.

Xəbər 500 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR