Prezident Dövlət Sərhəd Xidmətinə 2,1 milyon manat ayırdı

Prezident Dövlət Sərhəd Xidmətinə 2,1 milyon manat ayırdı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Aktual.az Report-a istinadən xəbər verir ki, sərəncamla maddi-texniki bazanın möhkəmləndirilməsi üçün 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Dövlət Sərhəd Xidmətinə 2,1 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Xəbər 423 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR