Mayın 4-də Bakının 8-ci Kilometr qəsəbəsindəki Qara Qarayev prospekti ilə Naxçıvani küçələrinin kəsişməsində inşa olunan çoxmərtəbəli avtomobil dayanacağı istifadəyə verilib.
Aktual.az xəbər verir ki, prezident İlham Əliyev dayanacağın rəmzi açılışını bildirən lenti kəsib.
Avtodayanacaqla tanış olan dövlət başçısı İlham Əliyevə məlumat verilib ki, ümumi sahəsi 16 min 286 kvadratmetr olan avtodayanacağın yuxarı mərtəbəsi restoran kimi fəaliyyət göstərəcək. Bildirilib ki, dayanacaqda 391 avtomobili eyni vaxtda parklamaq mümkündür. Avtodayanacaq naviqasiya, avtomat yanğınsöndürmə sistemləri ilə təchiz olunub.
Paytaxtın 8-ci Kilometr qəsəbəsinin ən qaynar və hərəkətin intensiv olduğu ərazisində tikilən avtodayanacaq yol kənarlarının boşalmasına geniş imkan yaradacaq. Bununla da ərazidə avtomobil tıxacları aradan qaldırılacaq.