Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mərkəzi laboratoriyasının əsasında Xidmətin tabeliyində "Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsi yaradılır.
Aktual.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Fərmana əsasən, nazirlik Mərkəzi iki ay müddətində yaratmalı və bu barədə Azərbaycan Prezidentinə məlumat verməlidir.
Müəyyən edilib ki, Mərkəz işəgötürənlərə əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahələrində xidmətlər göstərən, eləcə də bu sahələrdə təlimlər keçirilməsini, məsləhət verilməsini və metodiki dəstəyi təmin edən publik hüquqi şəxsdir.
Mərkəzin təsisçisinin "Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini Mərkəzin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi və onlarda dəyişiklik edilməsi, idarəetmə orqanlarının yaradılması, strukturunun, əməyin ödənişi fondunun, işçilərin say həddinin və onların əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi, habelə Mərkəzin yenidən təşkili və ləğvinə münasibətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər məsələlərə münasibətdə isə Xidmət həyata keçirir.
Mərkəzin saxlanma xərcləri və fəaliyyəti aşağıdakı mənbələrdən maliyyələşdirilir:
- Dövlət Əməyin Mühafizəsi Fondundan ayırmalar;
- fəaliyyətindən əldə edilən gəlir;
- qanunla qadağan olunmayan digər mənbələr.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200, № 6, maddə 1105, № 9, maddə 1638, № 11, maddə 1984; 2018, № 2, maddə 199, № 3, maddələr 415, 419, 429, № 5, maddələr 915, 927, № 7 (I kitab), maddə 1481, № 8, maddə 1698, № 11, maddələr 2242, 2289, № 12 (I kitab), maddələr 2566, 2597; 2019, № 1, maddə 82, № 2, maddə 213, № 3, maddə 426, № 4, maddələr 620, 630, 649, № 5, maddələr 819, 862; 2020, № 3, maddələr 238, 240, № 4, maddə 404, № 7, maddələr 864, 885, № 8, maddə 1041, № 9, maddə 1153; 2021, № 6 (I kitab), maddə 566, № 7, maddələr 724, 728, № 12, maddələr 1407, 1423; 2022, № 4, maddələr 313, 323, № 8, maddə 896, № 10, maddə 1146, № 11, maddələr 1267, 1269, № 12, maddələr 1414, 1462, 1464; 2023, № 1, maddə 97, № 2, maddə 226; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 mart tarixli 2079 nömrəli, 8 aprel tarixli 2087 nömrəli və 25 aprel tarixli 2120 nömrəli fərmanları) ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 8.0-cı bəndində "regional miqrasiya idarələrinin rəisləri, onların müavinləri, həmin idarələrin müvafiq şöbələrinin (bölmələrinin) rəisləri, baş inspektorları, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, onun müavini, həmin Xidmətin müvafiq şöbələrinin (bölmələrinin) rəisləri, baş” sözləri "inspektorları, regional miqrasiya baş idarələrinin (idarələrinin) rəisləri, onların müavinləri, həmin baş idarələrin idarə rəisləri, onların müavinləri, regional miqrasiya baş idarələrinin (idarələrinin) müvafiq şöbələrinin (bölmələrinin) rəisləri, baş inspektorları,” sözləri ilə əvəz edilsin.
***
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 500; 2008, № 11, maddə 970; 2009, № 12, maddə 1053; 2011, № 7, maddə 699; 2012, № 4, maddə 354, № 6, maddə 594; 2014, № 12, maddə 1647; 2018, № 3, maddə 521; 2022, № 3, maddə 248) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2-ci hissədə "655” rəqəmləri "757” rəqəmləri ilə əvəz edilsin;
1.2. həmin Sərəncamla təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturu”nun 3-cü hissəsi üzrə:
1.2.1. birinci abzasda "sisteminə” sözü "strukturuna” sözü ilə əvəz edilsin;
1.2.2. ikinci abzas ləğv edilsin;
1.2.3. "Bakı şəhər regional miqrasiya baş idarəsi” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
"Naxçıvan regional miqrasiya baş idarəsi”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bu Sərəncamın 1.2-ci bəndi nəzərə alınmaqla, "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanununun təkmilləşdirilməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
***
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 500; 2008, № 11, maddə 970; 2009, № 12, maddə 1053; 2011, № 7, maddə 699; 2012, № 4, maddə 354, № 6, maddə 594; 2014, № 12, maddə 1647; 2018, № 3, maddə 521; 2022, № 3, maddə 248) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2-ci hissədə "655” rəqəmləri "757” rəqəmləri ilə əvəz edilsin;
1.2. həmin Sərəncamla təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturu”nun 3-cü hissəsi üzrə:
1.2.1. birinci abzasda "sisteminə” sözü "strukturuna” sözü ilə əvəz edilsin;
1.2.2. ikinci abzas ləğv edilsin;
1.2.3. "Bakı şəhər regional miqrasiya baş idarəsi” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
"Naxçıvan regional miqrasiya baş idarəsi”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bu Sərəncamın 1.2-ci bəndi nəzərə alınmaqla, "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanununun təkmilləşdirilməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Xəbər 220 dəfə oxunub.