Prezident İlham Əliyev Bakı şəhəri Sabunçu rayonunun Ramana-Maştağa avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Aktual.az xəbər verir ki, sərəncmda deyilir:
1. Səksən altı min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Ramana-Maştağa avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,5 milyon (iki milyon beş yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etsinlər.