Prezident Avstraliyanın General-Qubernatorunu təbrik edib

Prezident Avstraliyanın General-Qubernatorunu təbrik edib

Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostinə təbrik məktubu ünvanlayıb.
Aktual.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli xanım General-Qubernator,
Avstraliya İttifaqının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
İnanıram ki, Azərbaycan ilə Avstraliya arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq ruhunda inkişafı, qarşılıqlı faydalı əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm"
Xəbər 53 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR