Ukraynanın Müstəqillik günü münasibətilə kilsəyə gedən ölkə prezidenti Pyotr Poroşenko orada ailəsi ilə birgə dua edib.
Aktual.az Strateq.az-a istinadən xəbər verir ki, duaetmə mərasimində Poroşenkonun xanımı Marina, həmçinin oğlanları Aleksandr, Yevgeni və Mixail də iştirak ediblər.
Prezident ailəsi Ukraynaya sülh və əminamanlıq, xalqa və ölkəni qorumağa çalışan hər kəsə Allahdan xeyirli aqibət diləyiblər. Dualardan sonra xor qrupu tərəfindən «Tək Allah, qüdrətli Ukraynanı qoru!» adlı mahnı ifa edilib.
Mərasimdə Ukrayna Radasının sədri Vladimir Qroysman, baş nazir Arseni Yatsenyuk, Milli Təhlükəsizlik Xidmətinin katibi Aleksandr Turçinov da iştirak ediblər.