Prezident 2 sərəncam, 3 fərman imzaladı

Prezident 2 sərəncam, 3 fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
Aktual.az sərəncamın mətnini təqdim edir:
1. 9.1.2.1-ci, 9.1.3.3-cü və 9.3.5.5-ci abzasların "Əsas icraçılar (fəaliyyət istiqamətlərinə uyğun olaraq)” sütununda "ETSN” akronimi "ADSEA” akronimi ilə, "Digər icraçılar” sütununda "ADSEA” akronimi "ETSN” akronimi ilə əvəz edilsin.
2. 9.1.3.2-ci abzasın "Tədbirin adı” sütununda "su mənbələri ehtiyatlarının iqlim amilləri ilə uzlaşdırılması” sözləri "iqlim amilləri nəzərə alınmaqla su ehtiyatlarının qiymətləndirilməsi” sözləri ilə, "Əsas icraçılar (fəaliyyət istiqamətlərinə uyğun olaraq)” sütununda "ETSN” akronimi "ADSEA” akronimi ilə və "Digər icraçılar” sütununda "ADSEA” akronimi "ETSN” akronimi ilə əvəz edilsin.
3. 9.2.3.4-cü, 9.2.3.5-ci, 9.3.1.2-ci, 9.3.1.3-cü və 9.3.3.6-cı abzasların "Digər icraçılar” sütunundan "ETSN,” akronimi çıxarılsın.
4. 9.4.1.1-ci və 9.4.1.2-ci abzasların "Əsas icraçılar (fəaliyyət istiqamətlərinə uyğun olaraq)” sütunundan "ETSN,” akronimi çıxarılsın və "Digər icraçılar” sütununa "XİN,” akronimindən sonra "ETSN,” akronimi əlavə edilsin.
5. 9.4.5.1-ci abzasın "Əsas icraçılar (fəaliyyət istiqamətlərinə uyğun olaraq)” sütununa "ETSN” akronimindən sonra ", "ADSEA” akronimi əlavə edilsin və "Digər icraçılar” sütunundan "ADSEA,” akronimi çıxarılsın.
***
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. 2026-cı il fevralın 16-da Rabat şəhərində imzalanmış "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Mərakeş Krallığı Hökumətinə bildiriş göndərsin.
***
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. 2026-cı il fevralın 17-də Rabat şəhərində imzalanmış "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq haqqında Saziş” təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Suriya Ərəb Respublikası Hökumətinə və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatına bildiriş göndərsin.
Xəbər 49 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR