Premyer Liqa daha bir klubu itirdi

Premyer Liqa daha bir klubu itirdi

Azərbaycanın futbol Premyer Liqası daha bir klubu itirdi.

Aktual.az xəbər verir ki, maliyyə problemləri ilə əlaqədar avqust ayında start götürən çempionatda Zaqatalanın “Simurq” komandası oynaya bilməyəcək.

Bu barədə klubun mətbuat katibiRüstəm Allahverdiyev bildirib.

Xatırladaq ki, daha öncə maliyyə problemləri üzündən “Bakı” Premyer Liqada iştirak etmə hüququndan məhrum olmuşdu, “Araz-Naxçıvan” isə mövsümün gedişatında ümumiyyətlə, çempionatdan çıxıb.

Bu komandaların əvəzinə Premyer Liqada “Zirə” və “Kəpəz” komandaları yer alıb. “Simurq”u kimin əvəz edəcəyi isə bu gün məlum olacaq. Saat 12:00-da yeni mövsümün püşkatma mərasimi baş tutacaq.

 
Xəbər 727 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR