Poroşenko: Saakaşvili əla baş nazir ola bilər

Poroşenko: Saakaşvili əla baş nazir ola bilər
  • DÜNYA

Saakaşvili Odessa vilayətinə 2015-ci ilin may ayınnı 30-dan rəhbərlik edir.

Ukrayna prezidenti Odessa Dövlət Administrasiyasının rəhbəri Mixail Saakaşvilini Ukraynanın baş naziri kimi görmür.

Aktual.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu arədə o, Independent-ə verdiyi müsahibəsində bildirib.

Poroşenkoya bir başa olaraq Odessa Dövlət Administrasiyası rəhbərinin vəzifəsinin yüksəldilməsi barədə sual veriblər.

“Şübhəsiz ki, o, əla baş nazir ola bilər. Gürcüstanda”, - deyə, president bildirib.

Xatırladaq ki, sentyabrın 7-də president 25 min vətəndaşdan Saakaşvilini Ukrayna hökumətinin başçısı təyin etmək barədə müraciət alıb.

Bununla belə, Saakaşvilinin özü baş nazir olmaq istəmədiyini bəyan edib.

Saakaşvili Odessa vilayətinə 2015-ci ilin may ayının 30-dan rəhbərlik edir. 2004-cü ilin əvvəlindən 2013-cü ilin sonuna qədər Gürcüstanın prezidenti olub.

Hal-hazırda Ukrayna Nazirlər Kabinetinə Arseni Yatsenyuk rəhbərlik edir.

Xəbər 830 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR