Poroşenko ilə İlham Əliyev arasında telefon danışığı olub

Poroşenko ilə İlham Əliyev arasında telefon danışığı olub

Ukrayna Prezidenti Pyotr Poroşenko ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. 

Aktual.az xəbər verir ki, bu barədə Trend Ukrayna dövlət başçısının mətbuat xidmətinə istinadən məlumat verir.

P.Poroşenko qeyd edib: "Bu gün Ukrayna-Azərbaycan münasibətlərinin uğurla genişləndirilməsi üçün hər cür şərait var. Ölkələrimiz bunun üçün potensiala malikdir".

P.Poroşenko Ukraynanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəyişməz mövqeyini təsdiq edib: "Bu mövqe Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmətə əsaslanır". 

Aktual.az 

Xəbər 471 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR