Ukrayna prezidenti Petro Poroşenko iyulun 13-14-də Azərbaycana rəsmi səfərə gələcək.
Aktual.az bildirir ki, bu barədə Trend Ukrayna prezidentinin saytına istinadən məlumat verir.
P.Poroşenko səfər zamanı Ukrayna və Azərbaycan prezidentləri Şurasının V iclasında iştirak etmək, həmçinin ölkənin ali rəhbərliyi ilə görüşlər keçirmək niyyətindədir.
Bundan başqa, səfərin proqramında iki ölkə arasında qarşılıqlı əlaqələrin yaxşılaşdırılmasına yönəlmiş bir sıra ikitərəfli sazişlərin imzalanması planlaşdırılıb.